Tunel qazıb həbsxanadan QAÇDILAR - VİDEO - FOTO

25 Sentyabr 2020 21:14

Rusiyanın Dağıstan Respublikasında yerləşən 2 saylı cəzaçəkmə müəssisəsindən altı məhbus qaçıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətindən məlumat verilib.

Qurumdan verilən məlumatda qeyd olunur ki, dustaqlar qazdıqları tunel vasitəsi ilə saxlanıldıqları həbsxanadan qaçıblar.

Onların axtarışına hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, respublika ərazisində müvəqqəti axtarış postları qurulub.

Qaçan dustaqlardan ikisi qətldə ittiham olunan şəxslərdir.

Milli.Az