Bakıda bəzi hotellər fəaliyyət göstərmir - SƏBƏB

25 Sentyabr 2020 17:35

Bu gün xarici turistlər olmadığından Bakıdakı hotellərdə dolma səviyyəsi aşağıdır, bu səbəbdən hətta bir sıra hotellər fəaliyyət göstərmirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, daxuili turizm hesabına həftə sonlarında insanlar daha çox ölkənin regionlarında fəaliyyət göstərən turizsm obyektlərinə gedirlər: "Təbii ki, insanların daha çox getdiyi turizm obyektlərində pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı uyğunsuzluqlar daha çox olur. ona görə də ümumilikdə demək olmaz ki, regionlardakı hotellərdə bu uyğunsuzluqlar daha çoxdur. Vətəndaş sıxlığının yaranması, tibbi maskalardan istifadə edilmə regionlar üçün daha xarakterikdir".

E.Mikayılov qeyd edib ki, hotellərin çoxunda artıq təkrar monitorinqlər keçiirlib. Təkrar həyata keçirilən bu monitorinqlər hesabına böyük turizm obyektlərinin əksəriyyəti ümumi vacib tələbləri yerinə yetirirlər.

Milli.Az