Yoluxma statistikasında kəskin artım baş verərsə, obyektlərin fəaliyyəti... - AQTA-dan daha bir açıqlama

25 Sentyabr 2020 17:13

Koronavirusa yoluxma statistikasında kəskin artım baş verərsə və bu, idarəolunmaz səviyyəyə gəlib çatarsa, obyektlərin fəaliyyəti ilə müəyyən məhdudlaşdırma tədbirlərinin keçirilməsi gözlənilə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri Elxan Mikayılov pandemiya ilə əlaqədar sahibkarların mövcud təlimatlara əməl etməyəcəyi halda, ictimai işaə obyektlərinin bağlana bilməsi ilə bağlı fikrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bütün dünya ölkələri kimi Azərbaycan da pandemiya ilə mübarizədə yeni təcrübələr əldə edir. Yeni təcrübələr imkan verir ki, məsələ daha az məhdudlaşmaya getməklə tənzimlənsin: "Hazırda əsas məsələ fiziki məsafənin qorunması, fərdi gigiyena qaydalarına əməl edilmə, tibbi maskadan istifadə edilmədir: "Bu məsələnin böyük bir hissəsini həll edir. Bunlara əməl edilsə, yoluxma sayı da azala bilər. Amma sözsüz ki, bu məsələ ilə bağlı əsas qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verilir".

Milli.Az