Bakının bu rayonlarında içməli suyun verilişində fasilələr olacaq

25 Sentyabr 2020 16:25

Ziya Bünyadov prospektində piyada keçidinin tikintisi layihəsi çərçivəsində ərazidən keçən magistral su kəmərinin köçürülməsi ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixində gün ərzində Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilişində fasilələr olacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

Yaranacaq narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.

Milli.Az