"Nəqliyyat axını, "D" vitamini çatışmazlığı və payız fəsli..." - Yoluxmanın artmasının səbəbləri

25 Sentyabr 2020 23:10

Rusiya Səhiyyə Nazirliyinin Hamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq ölkədə son vaxtlar yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının artmasının səbəblərini açıqlayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, A. Ginzburq bildirib ki, yoluxmanın artması nəqliyyat axını, "D" vitamini çatışmazlığı və payız fəslinin daha həssas olması ilə bağlıdır.

Qeyd edək ki, Rusiyada son sutka ərzində 7 212 nəfərin yeni növ koronavirusa yoluxduğu açıqlanıb. Moskvada son sutka ərzində koronavirusa yoluxanların sayı 1 560 nəfər olub. Bu, son həftə ərzində yoluxmanın 30 faiz artdığını göstərir.

Milli.Az