Sevgilisi jurnalistləri hədələdi - FOTO

25 Sentyabr 2020 18:54

Aparıcı Ece Erken bir vaxtlar evliykən münasibətdə olduğu iş adamı Şafak Mahmutyazıcıoğluilə İstanbulun Nişantaşı səmtində görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, yayı Bodrumda dincələrək keçirən Erken və Şafak dostları ilə kafedə görüşüb.

Fotolarının çəkildiyini görən Mahmutyazıcıoğlu stoldan duraraq media nümayəndələrini hədələyib. "Bizi icazə almadan çəkirsiniz" deyən vəkil fotolarının yayımlanmamasını istəyib.

"Bəlkə indi elə bilirlər Marmarisdəyəm. Bunu etməməlisiniz. Sizin dərsinizi verəcəm. Fotoları silməyin görün nə olur" deyə, o, əlavə edib.

Milli.Az