Tesla Energy şirkəti hər il milyardlarla dollar gəlir əldə etmə potensialına doğru gedir

26 Sentyabr 2020 21:40

Piper Sandler investisiya bankının analitiklərinin fikirlərinə əsasən enerjinin saxlanması üzrə stasionar sistemlərin istehsalı və quraşdırılması ilə məşğul olan Tesla Energy şirkəti 2033-cü ilə kimi hər il 200 milyard dollar gəlir əldə edəcək və dünyanın energetika bazarında lider mövqelərdən birinə sahib olacaq. İnvestisiya bankının aparıcı analitiki olan Alexander Potter, Tesla Energy-nin gözlənilən uğurunu 2 faktor ilə əsaslandırır: Energetika sahəsinin ən vacib seqmentinə diqqətin ayrılması və Elon Musk-ın kompensasiyası. Bu barədə Hightech.plus saytı xəbər verib.

"Biz, energetik məhsullara tələbatın ani yüksəlişini gözləyirik. Əsasən 2020-ci və 2030-cu illərdə. Belə ki, bərpa olunan enerji mənbələri yaxın zamanda istifadə olunan bütün elektroenerjinin 40%-ni generasiya edəcəklər" - deyə Piper Sandler bankının təmsilçiləri qeyd ediblər. Tesla Energy çox nadir hallarda analitiklərin proqnozlarında ortaya çıxır. Lakin Piper Sandler bankının fikrincə bu cür davranış yanlışdır. Bununla yanaşı mütəxəssislər inkişafın yüksək potensialını və Tesla-nın ümumi qiymətləndirməsinə müsbət təsiri qeyd edirlər.

2019-cu ildə Energy şöbəsi Tesla-nın əsas biznesinə 1.5 milyard dollar gəlir gətirmişdi.
    Alexander Potter-in fikrincə 2023-cü ilə kimi bu şöbə şirkətə 12.4 milyard dollar gəlir gətirəcək. Daha sonra isə şirkət 2033-cü ilə kimi hər il öz gəlirini 200 milyard dollara yüksəldəcək. Son proqnozlar Elon Musk-ın perspektivli planları ilə üst-üstə düşürlər. Hələ bir neçə müddət bundan öncə o qeyd etmişdi ki, Tesla Energy gəlirli biznesə çevrilib və gələcəkdə gəlir baxımından hətta Tesla-nın avtomobil biznesini də keçə bilər. Almaniyanın kütləvi informasiya vasitələrinin verdikləri məlumata əsasən Tesla Energy Avropanın energetik bazarına və əsasən də Almaniya bazarına öz diqqətini yönəldib.

Milli.Az