Xiaomi'nin yeni lampası 10 il işləyəcək

26 Sentyabr 2020 21:10

Xiaomi, ağıllı ev üçün Mi Smart LED Bulb lampasını təqdim etdi. Cihaz 9W gücü və maksimum 900 lümen parlaqlığa malikdir.

Milli.Az techland.az-a istinadən bildirir ki, Xiaomi Mi Smart LED Bulb, Google və Amazon Alexa səs köməkçiləri ilə təchiz edilmişdir. Lampanın B22 bazası var və 1700 - 6500 K rəng temperaturunda belə 16 milyon rəng çalarları buraxa bilir.

Lampa mobil cihazlardan idarə olunur. Cihaz gündə təxminən 6 saat istifadə edildiyi təqdirdə 25.000 saat və ya 11 ildən çox istifadə etmək üçün nəzərdə tutulmuşdur.

Cihaz 10 dollara təklif olunur.

Milli.Az