Dağlıq Qarabağda COVID-19-a yoluxanların sayı 400-ü ötüb

25 Sentyabr 2020 15:19

Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 404 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda son sutkada 10 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 337 nəfər sağalıb, 65 nəfərin müalicəsi davam edir, 86 nəfər isə karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.

Milli.Az