Filip Krouli: “Hərbi təlimlərdən imtina Azərbaycanın öz qərarıdır”

23 Aprel 2010 12:20
Dövlət Departamentinin rəsmi saytında yer alan məlumata görə, F.Krouli ABŞ-ın Azərbaycanı təhlükəsizlik məsələlərinin geniş spektri üzrə mühüm tərəfdaş hesab etdiyini bildirib: "Azərbaycanın niyyətinə gəldikdə, bu sual Azərbaycan hökumətinə ünvanlansaydı, daha məntiqə uyğun olardı. Hərbi təlimlərlə bağlı məsələ Müdafiə Nazirliyinə aid olan bir məsələdir. Lakin biz Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaq üçün Azərbaycanla, o cümlədən Rusiya və Fransa ilə birlikdə Minsk prosesi çərçivəsində əməkdaşlığı davam etdirəcəyik".

ABŞ dövlət katibinin müavini Azərbaycanın ABŞ-la birgə təlimlərdən imtina etmə qərarına İranın təsiri ilə bağlı suala da cavab verib. O bildirib ki, bu iddianı təsdiqləmək üçün əlində heç bir əsas yoxdur: "Bu, Azərbaycan hökumətinin öz qərarıdır".

ANS PRESS