"Legiya" - "Qarabağ" oyununun saatı açıqlandı

25 Sentyabr 2020 14:24

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın "Legiya" (Polşa) ilə oyununun saatı bəlli olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, oktyabrın 1-də Varşavada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, pley-off mərhələsi də bir oyundan ibarət olacaq və qalib gələn komanda Avroliqanın qrup mərhələsinə yüksələcək.

Milli.Az