"Rabitə" darmadağınla finala yüksəldi

29 Dekabr 2011 09:13
Dünən İsveçrənin Bazel şəhərində qadın voleybolçular arasında "Top Volley İnternational" beynəlxalq turnirində yarımfinal görüşləri keçirilirdi. Azerisport.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Bakının "Rabitə" klubu bu mərhələdə Braziliyanın "Unilever" komandası ilə qarşılaşıb.
 
Qeyd edək ki, ötən gün Rusiyanın "Severstal" (3:1) və Fransanın "Kann" klubuna (3:0) qalib gələn Zoran Qayiçin komandası qrup lideri kimi final mərhələsinə yüksəlmişdi. Bu üzdən də Azərbaycan çempionuna yarımfinalda digər qrupun ikincisi olmuş Braziliya təmsilçisi rəqib olub. Hansı ki, qrup mərhələsində Rumıniyanın "Dinamo" klubunu darmadağın etdiyi (3:0) halda, İsveçrə "Volero"suna məğlub olmuşdu (1:3).
 
Komandamız bu rəqibi ilə dueldə də inamlı qələbə qazanmağı bacarıb. Braziliya təmsilçisini darmadağın edən "Rabitə" adını finala yazdırıb.
 
Qeyd edək ki, digər yarımfinal cütlüyü də bu gün müəyyənləşəcək. Həmin oyunda isə "Volero" "Kann" ilə görüşəcək. Turnirə isə sabah yekun vurulacaq.
 
Top Volley İnternational
Yarımfinal
28 dekabr
 
Rabitə - Unilever - 3:0 (25:17, 25:22, 25:22)
 
Volero - Kann
 
Milli.Az