ADY-nın 140 illliyi ilə bağlı medal təsis ediləcək

25 Sentyabr 2020 15:08

Milli Məclisin 2020-ci il sentyabrın 30-da keçiriləcək iclasının gündəliyi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Milli.Az