Ölüm və xəsarətlərlə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO

25 Sentyabr 2020 10:33

Biləsuvarda baş verən ağır qəzanın görüntüləri yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl Biləsuvar rayon M.İbrahimov küçəsində baş verib.

Traktorla minik avtomobilinin toqquşması nəticəsində sürücü, 1982-ci il təvəllüdlü Dadaşov Əfqan Ənvər oğlu dünyasını dəyişib. Həmçinin minik avtomobilinin bir neçə sərnişini ağır bədən xəsarətləri alıblar.

Qəzadan olan görüntüləri təqdim edirik.

Milli.Az