Bakıda nənəsi və bibisini öldürən şəxs saxlanıldı

25 Sentyabr 2020 10:00

Bakıda nənəsi və bibisini qətlə yetirən şəxs polis tərəfindən saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Suraxanı rayonunda 1932-ci il təvəllüdlü Esmira Cavadova və onun qızı, 1959-cu il təvəllüdlü Tamella Cavadovanı yaşadıqları evdə bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən Samir Cavadov hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən tutulub. Saxlanılan şəxs istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az