"Bavariya" tarixində ikinci dəfə UEFA Superkubokunu qazanıb

25 Sentyabr 2020 04:07

Almaniyanın "Bavariya" komandasının futbolçuları İspaniyanın "Sevilya" klubunu UEFA Superkuboku uğrunda matçda 2-1 məğlub ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş Budapeştdə "Puşkaş-Arena"da keçirilib.

Əsas vaxt 1:1 hesabı ilə başa çatdı - qolları qaliblərin heyətində Leon Goretska (34-cü dəqiqə), qarşı tərəfdən isə Lukas Okampos fərqlənib (13-cü dəqiqə).

104-cü dəqiqədə qələbə qolunu əlavə vaxtda Xavi Martinez vurub.

Milli.Az