Bakıda yanğın var: Küçədə hərəkət dayandırılıb - VİDEO

24 Sentyabr 2020 23:16

Bir az əvvəl Bakının Təbriz küçəsində iaşə obyektində yanğın baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, yanğınsöndürmə texnikaları əraziyə cəlb olunduğundan Təbriz küçəsinin bu hissəsində hərəkət dayandırılıb.

Bu hal ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların da hərəkətində çətinliklər yaradıb.

Milli.Az