Britaniya səfirliyinin yaxınlığında şübhəli zərf

24 Sentyabr 2020 21:36

Böyük Britaniyanın İsveçdəki səfirliyinin yaxınlığında içərisində toz olan şübhəli zərf aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bölgəyə polis əməkdaşları və partlayıcı maddə mütəxəssisləri cəlb edilib.

Həmin tozun partlayıcı olub-olmaması ilə bağlı araşdırma aparılır. Zərfin tapıldığı ərazi əhayətə alınıb.

Milli.Az