ABŞ-da son sutkada COVID-19-a 43 157 yoluxma qeydə alınıb, 1 113 nəfər ölüb

24 Sentyabr 2020 20:54

ABŞ-da son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 43 157 yoluxma halı qeydə alınıb, 1 113 nəfər vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, ABŞ-da indiyədək COVID-19-a yoluxanların sayı 7 141 923 nəfərə çatıb.

ABŞ-da koronavirusdan ölənlərin sayı 206 616 nəfər təşkil edir.

Ölkədə xəstəlikdən sağalanların sayı 4 milyon 400 min nəfəri ötüb.

Milli.Az