İranda 4,3 bal gücündə zəlzələ baş verib

24 Sentyabr 2020 20:24

İranın Fars əyalətinin Kənar Təxtə bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:45-də qeydə alınıb.

Dərinliyi 9 kilometr olan zəlzələ nəticəsində dağıntılar və dəymiş ziyan haqqında hələlik məlumat verilməyib.

Milli.Az