Nigeriyada seksual cinayətkarlar xədim olunacaq

24 Sentyabr 2020 20:04

Nigeriyanın şimalındakı Kaduna ştatında azyaşlılara qarşı cinsi təcavüz etmiş şəxs xədim ediləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kaduna ştatının qubernatoru Nasir Əl-Rufai tərəfindən təsdiq edilən qanuna əsasən, 14 yaşınadək yeniyetmələrə qarşı cinsi təcavüz etmiş kişilər xədim ediləcək, eyni əməli oğlan uşaqlarına qarşı həyata keçirən qadınların isə uşaqlıq borusu götürüləcək.

Nigeriya hökumətinin yaydığı statistik məlumatına əsasən, 2020-ci il daxil olandan bəri ölkədə 850 cinsi təcavüz faktı qeydə alınıb.

Milli.Az