Xurmanın zərərləri nələrdir?

24 Sentyabr 2020 23:25

"Xurma mədə-bağırsaq pozuntusu olan insanlar üçün əks göstərişlidir".

Milli.Az medicina.az-a istinadən bildirir ki, bunu Milli Klinik Qidalanma Assosiasiyası İttifaqının diyetoloqu Anna İvaşkeviç söyləyib.

Mütəxəssisin sözlərinə görə, bu məhsulun böyük miqdarda istehlakı sağlam insanlarda da pozuntuya yol aça bilər.

"Məsələ burasındadır ki, bu məhsulda əsasən kal meyvələrə xas olan çox sayda tanin var. Xurmada həmçinin böyük sayda bitki lifi var. Bu maddələr mədə və bağırsağa mənfi təsir göstərir", - uzman vurğulayıb.

A.İvaşkeviç izah edib ki, tanin turşuları nazik bağırsağın sekresiyasını azaldır və peristaltikanı pisləşdirir. Diyetoloq gündəlik 3 meyvədən çox yeməməyi, həmçinin xurmanı uşaq rasionuna əlavə etməməyi tövsiyə edib.

Milli.Az