Azərbaycanda bir gündə 19 şagird koronavirusa yoluxub

24 Sentyabr 2020 15:31

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı 2 olub. 

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 19, işçi heyətinin sayı 3 nəfər təşkil edib. 

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub. 

Milli.Az