Məşhur serialın çəkiliş qrupunda koronavirus aşkarlandı

25 Sentyabr 2020 01:02

Türkiyənin FOX telekanalında yayımlanan "Bay Yanlış" serialının çəkiliş qrupunda koronavirus aşkarlanıb.

Milli.Az xəbər verir ki, geyim üzrə çalışan işçilərdən birinin COVID-19 testi pozitiv çıxıb.

İnfeksiya aşkarlanan işçi karantinə alınıb.

Baş rol oyunçuları daxil olmaqla bütün komanda testdən keçirilib.

Serialın çəkilişinin dayandırılması ilə bağlı məlumat verilməyib. (publika.az)

Milli.Az