"Çelsi"də yeni qapıçı

24 Sentyabr 2020 18:34

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi  "Renn"in qapıçısı Eduard Mendini transfer edib. 28 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. "Çelsi"nin seneqallı oyunçunun keçidi üçün 24+6 milyon avro ödədiyi bildirilib.

Qeyd edək ki, E.Mendi ötən mövsüm Fransa çempionatında 24 matçda 19 qol buraxıb.

Milli.Az