Neslihanla bağlı xəbər yalan çıxdı - FOTO

24 Sentyabr 2020 18:01

Xərçəngə qarşı mübarizəsi ilə adından bəhs etdirən Neslican Tayın həyatından bəhs edilən filmdə aktrisa Neslihan Atagül yer almayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aktrisanın həyat yoldaşı Kadir Doğulu məlumat verib. O, "Maqazin xətti" proqramına açıqlama verərək xanımının sözügedən layihədə iştirak etməyəcəyini söyləyib:

"Neslihan çəkilişləri qəbul etməyib və bu barədə prodüserlərə məlumat verib. Lakin onun "yox" deməsinə baxmayaraq, bundan reklam üçün istifadə etdilər. Xoşniyyətli bir şey deyil. Neslican Tayın yoxluğundan yaranan kədər yenidir. Layihəni belə tez-bazar çəkmək olmaz. Hələ buna vaxt lazımdır. Çox kədərliyik. Neslihan mövzu barədə özü geniş açıqlama verəcək".

Qeyd edək ki, 1998-ci ildə Bursada anadan olan Neslican 2018-ci ildə xərçəngə tutulmuşdu. Şişə görə sol ayağını itirən və 4 dəfə xərçənglə mübarizə aparan Neslican 2019-cu ilin sentyabrında dünyasını dəyişib.

Məlumata görə, onun həyatından "Demir kadın Neslican" adlı film çəkilir və baş obrazı canlandırmaq təklifi N. Atagülə edilib.

Milli.Az