Məşhur cütlüyün övladı doğuldu

24 Sentyabr 2020 19:49

Dünyaca məşhur model Gigi Hadid ilə müğənni Zayn Malikin övladı dünyaya gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qızları doğulan cütlük bu haqda sosial şəbəkədə paylaşım edib.

Hadid "Qızımız həftəsonu bizə qatıldı, dünyamız dəyişdi" mesajını yazıb. Zayn isə "Qızımız buradadır. Sağlamdır. Hissetdiklərimi cümlələrə sığışdırmaq imkansızdır" deyə, paylaşım edib.

Milli.Az