SOFAZ öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək

24 Sentyabr 2020 17:22

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) öz investisiya fəaliyyətinə zəruri taktiki dəyişikliklər etməyə davam edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə SOFAZ-dan bildiriblər.

Qeyd olunub ki, Fondun investisiya siyasəti şaxələndirilmiş və uzunmüddətli investisiya portfelinin yaradılmasına yönəlib:

"2012-ci ildən başlayaraq SOFAZ-ın daşınmaz əmlak və qızıl kimi riskli aktivlərə investisiya yerləşdirməsinə baxmayaraq, investisiya portfelinin mühüm hissəsini (67 faiz) sabit gəlirli vasitələr təşkil edir. Buna əsaslanaraq, eləcə də bazarlarda artan volatilliyi və qeyri-müəyyənliyi nəzərə alaraq investisiya risklərinin, həmçinin kredit risklərinin azaldılması məqsədilə dövlət istiqrazlarının payının artırılması üçün tədbirlər görülüb. Dünya bazarlarında makroiqtisadi vəziyyətin dəyişməsindən asılı olaraq, SOFAZ öz investisiya fəaliyyətinə taktiki dəyişikliklər etməyə davam edəcək".

Milli.Az