Bakıda onkoloji xəstə intihar etdi

24 Sentyabr 2020 13:08

Bakıda 68 yaşlı kişi özünü öldürüb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, hadisə dünən Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binalarının birində baş verib.

Rayon sakini, 1952-ci il təvəllüdlü Ənvər Eynulov yaşadığı mənzildə özünü asaraq intihar edib. Onun onkoloji xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az