Zalkaliani: "BMT Baş Assambleyasında Azərbaycanın mövqeyimizi dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir"

24 Sentyabr 2020 13:06

BMT Baş Assambleyasında Azərbaycanın mövqeyimizi dəstəkləməsi bizim üçün çox əhəmiyyətlidir. Gürcüstan bunu yüksək qiymətləndirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu sözləri Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə söyləyib.

Nazir qeyd edib ki, Gürcüstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.

Milli.Az