Rusiyada bir gündə 149 nəfər koronavirusdan öldü

24 Sentyabr 2020 14:11

Rusiyada son bir gündə daha 6 595 nəfərə COVID-19 diaqnozu qoyulub.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 128 836 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 149 nəfər artaraq 19 948-ə yüksəlib. 

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 929 829 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 1 050 nəfər.

Milli.Az