Kanadada koronavirusun ikinci dalğası elan olunub

24 Sentyabr 2020 13:33

Kanadada koronavirusa yoluxmanın ikinci dalğası artıq başlayıb və bu, ölkənin yaz aylarında qarşılaşdığı birinci dalğadan daha da pis ola bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Baş naziri Castin Trüdo Kanada xalqına xüsusi müraciətində deyib.

O bildirib ki, martın 13-də karantin rejimi tətbiq edilərkən ölkədə 47 yeni yoluxma qeydə alınmışdı, indi isə gündəlik yoluxma sayı min nəfəri keçir. Baş nazir xalqı karantin rejiminin qaydalarına əməl etməyə çağırıb.

Qeyd edək ki, bu günədək Kanadada 147 mindən çox şəxs koronavirusa yoluxub, ölənlərin sayı 9 243 nəfərə çatıb.

Milli.Az