Nisə Qasımova əməliyyat olundu - VİDEO

24 Sentyabr 2020 13:44

Xərçəng xəstəliyindən əziyyət çəkdiyi deyilən Xalq artisti Nisə Qasımova əməliyyat olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Instagram" hesabında paylaşım edən N.Qasımova özünü yaxşı hiss etdiyini, yeni mahnılar üzərində işlədiyini bildirib.

O qeyd edib ki, artıq sosial şəbəkədə də aktiv olacaq.

Xatırladaq ki, Xalq artistinin xərçəng xəstəliyinə tutulması ilə bağlı məlumatlar yayılmışdı.

Milli.Az