Ermənistanda son sutkada 374 nəfər koronavirusa yoluxub

24 Sentyabr 2020 13:22

Ermənistanda son sutka ərzində 374 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bununla da Ermənistanda COVID-19-a yoluxanların ümumi sayı 48251 nəfərə çatıb.

Son sutkada Ermənistanda koronavirusdan 3 nəfər ölüb. Ölkə üzrə COVID-19-dan ölənlərin sayı 945 nəfərə çatıb. 

Milli.Az