Yaponiyada koronavirusa görə 36 min şirkət fəaliyyətini dayandırıb

24 Sentyabr 2020 10:53

Yaponiyada koronavirus pandemiyası səbəbindən fəaliyyətini dayandırmış və ya məcburən fəaliyyət göstərməyən şirkətlərin sayı ötən ilə nisbətən 24% artıb.

Milli.Az APA-ya istinadən verdiyi məlumata görə, bu barədə "Tokyo Shoko Research" şirkətinin araşdırmasında deyilir.

Yanvar-avqust aylarında 35,8 min şirkət fəaliyyətini dayandırıb. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 23,9% çoxdur. Əgər müflis olmuş müəssisələrin artımı eyni sürətlə davam edərsə, ilin sonunadək onların sayı 50 mindən çox olacaq. Bu, bütün 20 illik tədqiqatların ən yüksək göstəricisi ola bilər.

Eyni zamanda, Tokio Fond Birjasında təmsil olunan ən azı 61 iri şirkət işçilərinə vaxtından əvvəl təqaüdə çıxmağı təklif edib ki, bu, təxminən 10 min insanı əhatə edəcək.

Milli.Az