Aktyorun dostu tərəfindən silahla vurulma görüntüləri - VİDEO - FOTO

24 Sentyabr 2020 10:37

TRT1-də yayımlanan "Kalk gidelim" serialıyla məşhurlaşan gənc aktyor Onur Seyit Yaran dostu tərəfindən silahla vurulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Şişlidə baş vermiş hadisə təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Davaya çevrilən mübahisə zamanı silah çıxaran dostu Onuru çiynindən yaralayıb. Aktyor xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə olmadığı bildirilib.

Atəş açan şəxs hadisə yerindən uzaqlaşıb.

Milli.Az