"Vartolu"nun xanımının doğuş FOTOları yayılıb

24 Sentyabr 2020 09:42

"Çukur" serialındakı "Vartolu Sadəttin" obrazı ilə daha da sevilən aktyor Erkan Kolçak Köstendil və həmkarı Cansu Tosun iyulun 14-də valideyn olmuşdu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın oğlu Marseli suda dünyaya gətirdiyi məlum olub.

Doğuşdan fotoları sosial şəbəkədə paylaşan həkim "Onlar koronovirusa görə övladlarının Hollandiyada olmasını istədilər. Erkan oğlunu görəndə göz yaşlarını saxlaya bilmədi. Filmlərdə sevinc göz yaşları səhnəsi üçün həmin anı xatırlaması yetərlidir" yazıb.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub.

Milli.Az