Di Mariyaya 4 oyunluq cəza

24 Sentyabr 2020 08:18

PSJ-nin hücumçusu Anxel Di Mariya 4 oyunluq diskvalifikasiya olunub.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi qərar qəbul edib.
 
Argentinalı hücumçu Liqa 1-in 3-cü turunda "Marsel"lə matçda rəqib futbolçu Alvaro Qonsalesə tüpürdüyü üçün cəzalanıb. Onun cəzası sentyabrın 29-dan qüvvəyə minəcək.

Milli.Az