Bakıda gənc oğlan bıçaqlanıb

24 Sentyabr 2020 08:23

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə 3-cü mədən ərazisində qeydə alınıb.

24 yaşlı Zülfüqarov Maqsud Qızılxan oğlu qonşuluqda yaşayan şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.

Milli.Az