"Milan"ın futbolçusu Duarte koronavirusa yoluxub

24 Sentyabr 2020 07:55

İtaliyanın "Milan" klubunun braziliyalı müdafiəçisi Leonardo Duarte koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən bildirir ki, futbolçu karantinə alınıb.

Komandanın digər üzvlərində xəstəlik aşkar edilməyib.

Leonardo Duarte "Milan"a 2019-cu ildə Braziliyanın "Flamenqo"sundan 10 milyon avroya keçib və indiki müqaviləsi 2024-cü ilin yayında bitir. 24 yaşlı oyunçu ötən mövsüm 6 oyuna çıxıb.

Milli.Az