Parisdəki ən hündür qülləyə dırmaşmağa CƏHD GÖSTƏRDİ - VİDEO

23 Sentyabr 2020 20:59

Paris polisi, Fransa paytaxtının ən hündür qülləsi - Monparnasa dırmaşmağa çalışan kişini saxlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Monparnas qülləsinin hündürlüyü 209 metr təşkil edir.

Məlum olub ki, ekstrim həvəskarı polşalı turistdir.

Xilasedicilər onu dayandırıb, hüquq-mühafizə orqanlarına təhvil veriliblər.

Milli.Az