“Barselona”dan “Vulverhempton”a - Rəsmi

23 Sentyabr 2020 20:34

"Barselona"nın futbolçusu Nelson Semedunun "Vulverhempton"a keçidi rəsmiləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 3+2 illik müqavilə imzalanıb.

Premyer Liqa təmsilçisinin bu keçidə görə Kataloniya klubuna 30 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, 2017-ci ildən "Barselona"da çıxış edən portuqaliyalı oyunçu ümumilikdə 122 matça çıxıb və 2 qol vurub.

Milli.Az