Futbolçu 13-cü saniyədə əvəzləndi - VİDEO

23 Sentyabr 2020 16:09

Estoniyanın "Nomme Kalyu" klubu ölkə çempionatının 21-ci turunda "Levadiya" ilə matçda maraqlı addım atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın çalışdırıcısı Marko Kristal 13-cü saniyədə 16 yaşlı Mark Oliver Roosnuppu Vladislav Xomutovla əvəzləyib.

Çempionatın əsasnaməsinə görə, hər komanda start heyətində ən azı 2 yetirməsini meydana buraxmalıdır. Mark Oliver Roosnupp klubun yetirməsi kimi oyuna daxil olub və baş məşqçi əsasnaməyə görə onu erkən əvəz edib.

Qarşılaşma "Nomme Kalyu"nun məğlubiyyəti ilə yekunlaşıb - 1:2.

Milli.Az