Baytarlıq Xidmətinin rəisi işdən azad edildi - YENİLƏNİB

23 Aprel 2010 12:00
Milli.Az xəbər portalının əldə etdiyi məlumata görə, bu barədə qərar dünən Kənd Təsərrüfatı Nazirliyində keçirilən kollegiya iclasında verilib.
 
Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov Milli.Az xəbər portalına açıqlamasında faktı təsdiq edib.

Qeyri-rəsmi məlumata görə, İ.Həsənovun fəaliyyətində qanunsuzluqlar aşkar edilib və o, bu səbəbdən işdən azad olunub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev xidmət rəisinin işdən çıxarılması barədə məlumatı təsdiq etsə də, səbəbləri barədə açıqlama vermədi: "Bu barədə ətraflı məlumat veriləcək".

-----------------

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Milli.Az xəbər portalına İ.Həsənovun vəzifədən azad olunma səbəblərini açıqlayıb. O bildirib ki, İ.Həsənovun vəzifəsindən azad edilməsinin iki səbəbi var. Bunlardan biri DBX rəisinin "Aqrolizinq" ASC tərəfindən xaricdən Azərbaycana gətirilən cins düyələrdə baş verən fəsadların aradan qaldırılmasına laqeyd münasibət bəsləməsidir. Buna görə hətta Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə 2009-cu il sentyabrın 4-də İ.Həsənova xəbərdarlıq edilməklə şiddətli töhmət verilməsinə baxmayaraq, heç bir nəticə olmayıb. Digər səbəb isə İ.Həsənovun vəzifə səlahiyyətlərini aşaraq, baytarlıq qanunvericiliyinə zidd olmaqla brusellyoz xəstəliyinə qarşı yeni müalicə preparatı yaratması barədə dezinformasiya yayması olub.

Milli.Az