Bakıda bacısını öldürən məmur oğlu ilə bağlı məhkəmə qərarı

23 Sentyabr 2020 10:19

Xəzər Rayon Məhkəməsində Bakıda bacısını qətlə yetirməkdə təqsirləndirilən 1996-cı il təvəllüdlü Məhəmməd Babayevin barəsində olan həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, prosesdə təqdimata baxılıb və M. Babayevin barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, qətl hadisəsi senytabrın 20-də Xəzər rayonu, Türkan qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.

M. Babayev daha sonra könüllü polisə təslim olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.

Milli.Az