Rusiyalı qadınların ən çox ərə getdiyi millətlər açıqlandı - Siyahıda Azərbaycan yoxdur

23 Sentyabr 2020 12:40

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlərin siyahısı açıqlanıb.

Milli.Az haberler-ə istinadla bildirir ki, ötən ilin statistikasına görə rus qadınlar ən çox türkiyəlilərlə ailə qurublar. İkinci sırada Nigeriya, üçüncü yerdə isə Vyetnam qərarlaşıb.

Siyahının qalanında ABŞ, İngiltərə, İsrail, İtaliya və Almaniya yer alıb.

Statistikaya görə, bu il əcnəbilərlə ailə quran rusların sayı 6 mini keçib. 

Emin
Milli.Az