"Krasnodar" və "Zalsburq"dan qələbə, "Slaviya"dan heç-heçə

23 Sentyabr 2020 11:17

Ötən gün Çempionlar Liqasında pley-off mərhələsi start götürüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə üç görüş keçirilib.

"Krasnodar" PAOK-a , "Zalsburq" "Makkabi"yə 2:1 hesabı ilə qalib gəlib. "Slaviya" - "Midtülland" mayçında isə qol vurulmayıb.

Qeyd edək ki, mövsümdə ilk dəfə cütlərin qalibi iki oyunun nəticəsinə əsasən bəlli olacaq. Bu mərhələnin cavab oyunları sentyabrın 29-30-da keçiriləcək.

22 sentyabr

Çempionlar Liqası

Pley-off, ilk oyunlar

23:00. "Krasnodar" (Rusiya) - PAOK (Yunanıstan) - 2:1
Qollar:  Dimitris Pelkas, 33 (0:1), Viktor Klasson, 39-pen (1:1), Remi Kabella, 70 (2:1)

23:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Zalsburq" (Avstriya) - 1:2
Qollar: Dan Biton, 9 (1:0), Dominik Soboslai, 49-pen (1:1), Masaya Okuqava, 57 (1:2)

23:00. "Slaviya" (Praqa, Çexiya) - "Midtülland" (Danimarka) - 0:0

23 sentyabr

23:00. "Gent" (Belçika) - "Dinamo" (Ukrayna)

23:00. "Molde" (Norveç) - "Ferensvaroş" (Macarıstan)

23:00. "Olimpiakos" (Yunanıstan) - "Omoniya" (Kipr)

Milli.Az