ÜST: Uşaqlarda koronavirusa yoluxma göstəricisi 8.5 %-dir

23 Sentyabr 2020 10:50

Əldə edilmiş məlumatlara əsasən 18 yaşına çatmamış uşaqlarda koronavirusa yoluxma göstəricisi ümumi qeydə alınmış yoluxma hallarının 8.5 %-ni təşkil edir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Milli.Az-a verilən məlumata görə, uşaqlar arasında koronavirusdan ölüm halları daha az müşahidə edilir.

Uşaqlar bu xəstəliyi daha yüngül keçirirlər. Lakin onlar arasında xəstəliyi kritik keçirənlər də qeydə alınıb.

Milli.Az