Çində koronavirusla bağlı son vəziyyət

23 Sentyabr 2020 10:33

Çində son sutka ərzində daha 10 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Milli.Az qafqazinfo-ya xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 307-yə çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 505 xəstə sağalıb. Ölkədə 168 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Milli.Az