İtalyan qızlar Can Yamana görə türk dilini öyrənirlər

23 Sentyabr 2020 10:22

"Bay Yanlış" serialında rol alan aktyor Can Yamana İtaliyadan gələn ismarış onu xeyli təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, orada təhsil alan türkiyəli tələbə Can Yamana görə qazanc əldə etdiyini bildirib:

"Sizə görə türk dilini öyrənmək istəyən tələbələrim var. Ekonomik vəziyyətin pis olduğu vaxtda təhsil almağıma kömək oldunuz. Sizə hədiyyə göndərmək istəyirəm".

Aktyor ismarışı yayımlayaraq "Nə gözəl, hədiyyələri sevirəm" deyə, cavab verib.

Milli.Az